Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

21:44 - 4 Fevral 2026 - GÜNDƏM

 Havanın temperaturu bu tarixdə 8 dərəcə qalxacaq

Hazırda Azərbaycanın bir sıra rayonlarına yağış və qar yağır.

BUTA.TV xəbər verir ki, Bakı və Abşeron yarımadası, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Zaqatala, Balakən, Beyləqana isə yağış yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Neftçalada 20, Tovuzda 17, Culfada 15 m/s-yə çatır.

Bu gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-4 dərəcə isti olacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

Sabahdan etibarən isə yağıntılar tədricən kəsiləcək.

6 fevraldan başlayaraq havanın temperaturunun tədricən qalxacağı gözlənilir. 9 fevrala qədər temperaturun 6-8 dərəcə yüksələcəyi proqnozlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol