14:11
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Əli Nağıyev dünən gecə həbsdə ölüb.
BUTA.TV xəbər verir ki, onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
***
Cəlilabadda qardașı uşaqlarını öldürən Əli Hüseynbala oǧlu Naǧıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəsindən bașı üstə özünü yerə atıb.
Report-un əldə etdiyi məlumata görə, bundan sonra o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Əli Hüseynbala oǧlu Nağıyev fevralın 3-də müalicə olunduğu xəstəxanada ölüb.
Xəstəxanadan bildirilib ki, fevralın 3-ü saat 00:10 radələrində 1977-ci il təvəllüdlü kişi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun 04.02.2026-cı il tarixində 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.
- Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin fotosu
- Müğənni Xananın toyu oldu - VİDEO
- Reabilitasiya mərkəzlərinin fəaliyyəti qanuniləşdirilməlidir
- “Bağırov” tunelindən keçə bilmədi, qəza törətdi - Anbaan video
- Sibir soyuğu: Azərbaycanda çovğun müşahidə edilir
- Evdən oğurluq edən qadın və kişinin anbaan görüntüləri
- Şərifovun milyonlarla borcu olan şirkəti "Ağsuçay" yatağını alıb
- Gülbahar Eyvazova ərinə görə vəzifədən azad edildi