Nigar Köçərli “Bona Dea”nı məhkəməyə verdi

19:44 - 4 Fevral 2026 - CƏMİYYƏT

 Nigar Köçərli “Bona Dea”nı məhkəməyə verdi

“Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasını məhkəməyə verib.

BUTA.TV xəbər verir ki, bu barədə Nigar Köçərli sosial şəbəkə hesabında məlumat yayıb.

“Ağrıyan insanın canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.

İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”, - deyə o bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Müğənni Xananın toyu oldu - VİDEO

Qeyd edək ki, N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunandan sonra həkim məsuliyyətsizliyi ilə qarşılaşdığı haqda paylaşım etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol