Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
- “City Garden Narimanov”da yeni mərhələ satışda – Faizsiz kredit...
- Türkiyədə azərbaycanlı qadın həbs olundu
- Həsənov yeni generallara rütbələrini təqdim etdi - Foto
- Nazir Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - Video
- Ağsuda narkotik plantasiyası aşkar edildi - Video
- Nazir onu BDU-ya prorektor təyin etdi - Foto
- Evdən 18 yaşlı oğlanın meyiti tapıldı
- Daha bir hava xəbərdarlığı: Kürdə su artacaq, sel olacaq...