Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran vətəndaşı, 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Qarayaranın qeydə alınması ilə bağlı daha bir rəsmi açıqlama
- “Qarabağ” “Dinamo”ya qarşı - Start heyətlər
- Narkotiki Azərbaycana keçirmək istəyən iranlı saxlanıldı
- Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
- Azərbaycanda meteor yağışı: niyə baş verir?
- Tufandağ buzlağının ekosistemində dəyişikliklər... - Foto
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək