Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, Tiktokda "Şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 30 günlük inzibati həbs qərarı elan edilib.
Qeyd edək ki, sözügedən tiktoker daha öncə də saxlanılmışdı.
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
- Prezident fərman imzaladı
- İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
- FHN havaya görə əhaliyə müraciət etdi
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Azərbaycanda süleymançılar təriqəti kimlərdir?