Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə saat 13:00 radələrində rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.
Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadənin idarə etdiyi QAZ-66 markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə aşıb.
Ağır xəsarətlər alan sürücü yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həkiməqədər öldüyü müəyyən olunub.
Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Azərbaycanda süleymançılar təriqəti kimlərdir?
- “Mayak”da daha 10 xəbərdarlıq lövhəsi quraşdırıldı - Foto
- Naxçıvanda əhalinin sayı artdı
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
- Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq