Son günlər yağan intensiv yağışların yaratdığı fəsadlar səbəbindən İsmayıllıda dörd kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Girdiman çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Çəndəhar kəndinə gedən yeganə avtomobil yolu tamamilə dağılıb.
Çəndəharla yanaşı, rayonun Həftəsov, Zarat və Brovdal kəndləri ilə rayon mərkəzi arasında olan nəqliyyat əlaqəsi məhdudlaşıb. Hazırda aidiyyəti qurumların ağır texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub, yolun bərpası istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə çayın məcrasının dəyişdirilməsi və suyun digər istiqamətə yönəldilməsi nəzərdə tutulur.
Məsələ ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinin kənd üzrə nümayəndəsi Tehran Manaflı "Report"un yerli bürosuna bildirib ki, bir həftədən çox davam edən intensiv yağışlar nəticəsində Girdiman çayında suyun səviyyəsi artıb və bunun nəticəsində nümayəndəliyə daxil olan kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilib və hazırda ərazidə bərpa işləri davam etdirilir.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video
- İmişlidə yanğın törədən şəxs saxlanıldı
- Yevlaxda ağır qəza: 2 nəfər öldü
- Putin ilk dəfə Kuril adalarına getdi - Yaponiyadan etiraz
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu