Mütəxəssislər gələcək həyatımızda baş verəcək 13 vacib dəyişikliyi açıqlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Azərbiznes” kanalı paylaşım edib.
1. Nağd pul olmayacaq. Pulqabılar muzeydə yer alacaq.
2. Telefonları ildə bir dəfə dolduracağıq. Buna səbəb qəpik ölçüsündə olan atom batareyaları olacaq.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
3. Hüquqşünaslar, mühasiblər, tərcüməçilər, dizaynerlər və proqramçıları süni intellektlə əvəz edəcəyik.
4. Dil baryerləri artıq qalmayacaq və qulaqlıqlardakı tərcüməçi sinxron, sürətli və tam mükəmməl çalışacaq.
5. İnsanlar Marsda gəzə biləcək.
6. Dünyada ilk trilyonçu meydana çıxacaq.
7. Avtomobil özü və tam avtonom şəkildə hərəkət edəcək. Bununla da sürücülük vəsiqəsinə heç bir ehtiyac qalmayacaq.
8. Demək olar ki, hər evdə ev işlərinə kömək edən robot olacaq və robotların evdə olması telefon istifadəsi qədər adi hal olacaq.
9. Tarixdə ilk dəfə Yer kürəsinin əhalisi azalmağa başlayacaq.
10. Dünyanın ən böyük data mərkəzi dünyada yox, kosmosda - Yerin orbitində fırlanacaq. Bu mərkəz isə Günəşdən enerji alacaq.
11. İnsanlar süni intellektlə dostluq etməyə başlayacaq. Onlar hətta süni intellektlə romantik və şəxsi əlaqələr qurmağa keçid edəcəklər.
12. İnsanın orta ömür müddəti 100 ili keçəcək.
13. Beynimizdəki düşüncələr avtomatik kompüterə bağlanacaq. İnsanlar artıq düşüncə qabiliyyəti ilə istənilən texnikanı idarə etməyə nail olacaq.
- Ölkədə epidemioloji durum nəzarət altındadır - Rəsmi
- BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto
- Yanvar-iyul aylarında 30,2 min şəxsə əlillik təyin olunub
- Pensiya alanların nəzərinə!
- Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
- Tarixdə ən isti avqust ayı olacaq
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video