Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.
Bu barədə BUTA.TV-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.
Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.
Araşdırmalar davam etdirilir.
"Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, onlayn alış-veriş zamanı diqqətli olsunlar, tanımadıqları şəxslərə əvvəlcədən ödəniş etməsinlər, məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan pul köçürməsinlər. Eyni zamanda şübhəli elan və hallarla qarşılaşdıqda dərhal polis əməkdaşlarına məlumat verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək