Türkiyədə Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.
Azərbaycan hərbi qulluqçuları qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirirlər.
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək