Bakı şəhəri 95 nömrəli məktəbin 3-cü sinif şagirdi şiddətə məruz qalıb.
BUTA.TV-ın Teleqraf-a istinadən məlumatına görə, valideyn Zaur Rufiyev bildirir ki, övladı Uğur Rufiyev həmin məktəbin müəllimi Xalisə Məmmədova tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb.
Onun sözlərinə görə, videogörüntülərdə müəllimin şagirdin qolunu sıxdığı və qorxu yaradan davranışlar sərgilədiyi əks olunub. Valideyn qeyd edir ki, baş verənlər uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərib.
Bununla yanaşı, adıçəkilən müəllim tərəfindən valideynlərdən pul yığılması ilə bağlı iddialar da səsləndirilir.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Məsələ ilə bağlı 95 nömrəli məktəbdən bildirilib ki,məsələ ilə əlaqədar araşdırma aparılıb.
Araşdırma nəticəsində “Təhsilverənlərin etik davranış qaydaları”nının tələblərinə riayət etmədiyinə görə müəllimə intizam tənbeh tədbiri tətbiq olunub.
“Digər iddialarla bağlı da araşdırma aparılır. Valideyn iclasları keçirilir, məktəb mühitinə uyğun olmayan halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılır. Məktəbdə səmərəli tədris mühitinin qorunması diqqət mərkəzində saxlanılır”,- məlumatda qeyd olunub.
- Elnur Məmmədova ağır itki
- Samuxda kütləvi zəhərlənmə...
- Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın oldu
- Qardaşına görə mübahisəyə qoşuldu, kürəyindən bıçaqlandı
- Elnur Məmmədovun ailəsində - Ağır itki
- Kürdə batan gəncin meyiti tapıldı
- Tullantılar necə biznesə çevrilir? - “Tullantıların biznesi” kitabı nəşr olundu
- Bakıda mağazada başlayan yanğın evlərə keçdi - Fotolar - Yenilənib