Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış kompleksinin açılışında sakinlərə mənzillərin açarlarını təqdim edərkən Vətən Müharibəsi şəhidi Sarıyev Samirin atası Sarıyev Əli ilə təsirli söhbət edib.
“BUTA.TV” bu məqamda şəhid Sarıyev Samirin keçdiyi döyüş yolunu bir daha xatırladır.
Sarıyev Samir Əli oğlu 1993-cü il 11 noyabrda Şirvanda dünyaya gəlib.
Vətən müharibəsinə könüllü yollanan Samir Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaətlə iştirak edib.
23 oktyabrda Füzulinin Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, medalları ilə tətif edilib.

- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi
- Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq?
- Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım...
- Sabah Ermənistana benzin və dizel göndəriləcək