Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı - Fotolar
- Bakı metrosu "Qarabağ"ın oyununa görə iş rejimini dəyişdirir
- Məktəbli formalarının qiymətləri açıqlandı
- Ölkədə epidemioloji durum nəzarət altındadır - Rəsmi
- BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto
- Yanvar-iyul aylarında 30,2 min şəxsə əlillik təyin olunub
- Pensiya alanların nəzərinə!
- Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video