Türkiyənin Adana şəhərində təqaüdçü polis məmuru Faruk Kayhan oğluna pul verməkdən imtina etməsi nəticəsində yaranan mübahisə zamanı oğlu Əhməd Kaan Kayhanı silahla vuraraq öldürüb.
BUTA.TV xəbər verir ki, narkotik asılısı olduğu iddia edilən oğlunun cəsədinin yanında gözləyən Faruk Kayhan polisə zəng edərək təslim olub.
Hadisə mobil telefonla lentə alınıb. Hadisə səhər saat 11:30 radələrində Sarıçam rayonu, Gültəpə məhəlləsindəki Elif Su Uludağ küçəsində baş verib.
Təqaüdçü polis məmuru Faruk Kayhan narkotik asılısı olduğu iddia edilən oğlu Əhməd Kaan Kayhana pul verməkdən imtina etdikdə mübahisə yaranıb. Əhməd Kaan Kayhan atasına bıçaqla hücum edib. Faruk Kayhan daha sonra silahını çıxararaq oğlunun bədəninin müxtəlif yerlərindən atəş açıb. Əhməd Kaan Kayhan qanlar içərisində yerə yıxılıb, atası isə mobil telefonla polisə zəng edərək oğlunun cəsədinin yanında gözləyib.
Bu anlar ətrafdakılar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.
- Putin və Zelenskinin görüşməsi ehtimalı... - Tramp
- Polis məmuru oğlunu güllələdi, başında gözlədi - Video
- Zelenski Moskvaya dəvət edildi
- Ermənistanın UL-350 PUA-sı nələrə qadirdir? - FOTO
- Laçında sınıq-salxaq qocalar qalıb - Laçın sakini
- Zelenskidən Putinə açıq məktub...
- Paşinyan: Mitinqdə Azərbaycan dilində səslənmə... - Video
- Millimiz 2-ci dəfə Avropa çempionu oldu - Fotolar