ABŞ-də azyaşlı qızların cinsi istismarı və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin ölümündən bir neçə il əvvəl spermasını dondurduğu üzə çıxıb.
“BUTA.TV” xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri Ədliyyə Nazirliyinin açıqladığı sənədlərə istinadən məlumat yayıb.
Bildirilir ki, Epşteyn spermasının ölümündən sonra məhv edilməsinin qarşısını almaq üçün xüsusi müqavilə imzalayıb.
Məlumata əsasən, Epşteyn spermasını 2012-ci ilin oktyabr ayından əvvəl ABŞ-nin ən böyük reproduktiv mərkəzlərindən biri olan “California Cryobank”a təhvil verib. O, 2016-cı il mayın 9-da imzaladığı müqavilə ilə nümunələrin saxlanma və istifadə şərtlərini müəyyənləşdirib.
Sənəddə qeyd olunub ki, Epşteynin ölümü halında dondurulmuş sperma onun varislərinin və ya qanuni nümayəndələrinin nəzarətinə keçəcək.
Bununla yanaşı, sənədlərdə spermanın ilk dəfə nə vaxt dondurulduğuna dair məlumat yer almayıb.
“California Cryobank”ın sahibi olan “CooperCompanies” şirkəti məsələ ilə bağlı açıqlamasında hazırda Ceffri Epşteynə məxsus heç bir bioloji nümunənin saxlanılmadığını bildirib.
- Xəzər dənizində zəlzələ baş verdi
- “Hamı istəyir ki, sosial şəbəkədəki xanımlar kimi görünsün...” - Videomüsahibə
- Övladlığa götürdükləri “12 yaşlı qız” 37 yaşında imiş... - Fotolar
- Ölümündən əvvəl bu addımı atıbmış
- Millimiz AÇ-nin finalında - Video-Foto
- Dayısı yoldaşını qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanıldı - Yenilənib
- Yaşı 50-dən yuxarı olanların diqqətinə!
- İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video