Naxçıvan şəhərində iyunun 5-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
BUTA.TV xəbər verir ki, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından qidalanan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.
Təmir işlərinin məqsədi yenidənqurma çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, həmçinin yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən iyunun 5-də saat 13:00-dan 15:00-dək Heydər Əliyev prospekti, Vüqar Qasımov və Afiyyəddin Cəlilov küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur.
- Dünyada əhalisi ən çox çay içən ölkələr: Azərbaycanın adı...
- 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar
- “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov
- Bu ərazilərdə işıq olmayacaq
- Bu avtobusun hərəkət istiqamətində dəyişiklik... - Video
- Gəncə stadionunun tikinti xərcləri 130 milyon manata çatdı
- Saxta kredit səhifələri yaradan şəxslər saxlanıldı - Video
- Bu vəzifəli şəxslərin məhkəməsi başladı