Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində (“Grand Amor” şadlıq sarayının yaxınlığında) yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Ərazidə yaranmış çuxur təhlükəsizlik məqsədilə müvəqqəti vasitələrlə nişanlanıb. Ancaq aradan 3 gün keçməsinə baxmayaraq, təmir aparılmayıb. Bu isə nəqliyyat axınına ciddi maneə törədir.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, problem barədə məlumatlıdırlar.
“Həmin ərazidə “Azəristiliktəchizat” tərəfindən bərpa işləri həyata keçirilməlidir ki, daha sonra asfalt örtüyünün yenilənməsi aparılsın. Bununla əlaqədar “Azəristiliktəchizat” ASC-yə müraciət edilib ki, qısa müddətdə problem aradan qaldırılsın”, - A.Nəcəfli vurğulayıb.
- “Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Satışda
- ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
- Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
- Azərbaycan 2050-ci ilə qədər su qıtlığı ilə üzləşə bilər
- Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi
- Azərbaycandan Ermənistana 42 vaqon dizel ixrac olunacaq
- Yol polisi skuterçini faciədən xilas etdi - Video
- Sabah 32 dərəcə isti olacaq