Öz oğlunu 6 güllə ilə öldürdü: bıçaqla pul tələb edir, narkoman imiş - ANBAAN DƏHŞƏTLİ VİDEO

23:25 - 4 İyun 2026 - KRİMİNAL

 Öz oğlunu 6 güllə ilə öldürdü: bıçaqla pul tələb edir, narkoman imiş - ANBAAN DƏHŞƏTLİ VİDEO

Türkiyənin Adana vilayətinin Sarıçam rayonunda baş verən ailə faciəsi ölkə gündəminə çevrilib. 

BUTA TV xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə və Türkiyə mediasında yayılan videogörüntülər böyük rezonans doğurub.

Məlumata görə, Sarıçam rayonunun Gültəpə məhəlləsində yaşayan 52 yaşlı təqaüdçü polis əməkdaşı Faruk Kayhan ilə onun 23 yaşlı oğlu Ahmet Kaan Kayhan arasında mübahisə yaranıb. Hadisənin pul tələbi ilə bağlı baş verdiyi bildirilir. İddialara görə, gənc atasından pul istəyib, rədd cavabı aldıqdan sonra tərəflər arasında münaqişə böyüyüb.

Türkiyə mediasının yaydığı məlumatlarda qeyd olunur ki, Ahmet Kaan Kayhan atasına bıçaqla hücum edib. Bundan sonra keçmiş polis əməkdaşı xidməti silahından atəş açıb. Gənc aldığı güllə yaralarından hadisə yerində həyatını itirib.

Hadisədən sonra Faruk Kayhanın özü 112 təcili yardım və polis xidmətlərinə zəng edərək baş verənlər barədə məlumat verdiyi bildirilir. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu oğlunun cəsədinin yanında gözləyərkən aşkar ediblər. Daha sonra şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Türkiyə mətbuatında yer alan məlumatlara görə, həyatını itirən Ahmet Kaan Kayhan meşə işçisi olub. O, ötən il Kozan rayonunda baş verən meşə yanğınları zamanı itkin düşmüş, saatlarla davam edən axtarışlardan sonra sağ tapılmışdı.

Hadisənin başvermə səbəbləri və bütün təfərrüatları üzrə araşdırma davam edir.

BUTA TV həmin hadisənin sosial şəbəkələrdə yayılan videogörüntülərini oxucularına təqdim edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol