"Forbes" jurnalının reytinqinə əsasən Amerikalı iş adamı İlon Mask "SpeysX" şirkətinin IPO-dan (səhmlərin fond bazarında ilkin kütləvi yerləşdirilməsi) sonra planetin ilk trilyonçusu ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə "Quardian" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan IPO uğurla baş tutacağı təqdirdə, dünyanın ən varlı insanı olan Mask tarixə ilk trilyonçu kimi düşə bilər.
Maskın payının dəyəri 542 milyard ABŞ dollarına çatan SpeysX şirkəti ən azı 1,8 trilyon ABŞ dolları həcmində qiymətləndirilməyə nail olmağı hədəfləyir. Şirkət hər biri 135 ABŞ dolları olmaqla 555,6 milyon səhm satmağı planlaşdırır.
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto
- Ravil Tağıyev vəzifəsindən azad edildi