Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video

16:32 - 7 İyun 2026 - HADİSƏ

 Binəqədidə yaşayış binasındakı yanğın söndürüldü - Yenilənib-Fotolar-Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

BUTA.TV” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb. 

Hadisə zamanı xəsarət alan olmayıb.

 


 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol