Meksika Prezidenti Klaudiya Şeynbaum Dünya Çempionatı ilə bağlı keçirilən mətbuat konfransında maraqlı anların yaşanmasına səbəb olub.
“BUTA.TV” xəbər verir ki, ölkəsinin ev sahibliyi edəcəyi DÇ ilə bağlı planları jurnalistlərə təqdim edən Şeynbaum çıxışının sonunda simvolik olaraq jurnalistlərə futbol topu atıb.
Lakin topu tutmağa çalışan qadın müxbir tarazlığını itirərək yerə yıxılıb. Hadisə zalda qısamüddətli həyəcan yaradıb.
Şeynbaum dərhal müxbirin yanına gələrək ona ayağa qalxmağa kömək edib və vəziyyətinin yaxşı olub-olmadığını yoxlayıb. Daha sonra isə futbol topunu jurnalistə hədiyyə edib.
Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.
Sosial media istifadəçiləri baş verənləri zarafatla qarşılayaraq müxtəlif şərhlər paylaşıblar. İstifadəçilərdən biri “Meksikada hətta ən adi mərasim belə gözlənilməz hadisəyə çevrilə bilər” sözləri ilə hadisəyə münasibət bildirib.
- Hərracda iştirak etmək istəyənlərin diqqətinə: 64 avtomobil...
- Prezident və xanımı Naxçıvandadır - Foto-Video
- Turistlərin İçərişəhərdəki “əl işləri” - Nəzarətə götürüldü+Video
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu