Türkiyəli bloqer Fatih Koparan ötən il işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Laçın sakini İmamqulu Haqverdiyevdən müsahibə alıb.
“BUTA.TV” xəbər verir ki, sözügedən şəxsin rayondakı sosial-iqtisadi durum və işsizlik barədə neqativ fikirlər səsləndirdiyi görüntülər ötən günlərdə “Youtube”da yayımlanıb.
2023-cü ildə Laçına köçən təqaüdçü və taksi sürücüsü İ.Haqverdiyev etiraf edib ki, müsahibə verdiyi ərəfədə oğlunun işdən çıxarılması səbəbindən emosional davranaraq neqativ danışıb.
Xanımı və oğlanları ilə Laçında yaşayan İmamqulu Haqverdiyev hazırda övladlarının işlə təmin edildiyini bildirərək, dediklərindən peşman olduğunu açıqlayıb.
İ. Haqverdiyevin böyük oğlu Nicat Haqverdiyev “Baku TV”nin bölgə müxbiridir. Digər oğlu Fuad Haqverdiyev isə “SOCAR” YDM-də operator işləyir.
Qeyd edək ki, türk bloqer “yolumuzqarabaga.az” saytından icazə alaraq ötən ilin 11-15 sentyabrda azad olunmuş ərazilərə səfər edibmiş.
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov