Jurnalist adı altında reketlik edən Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova Nəsimi Rayon Polis İdarəsi tərəfindən həbs edilidikdən sonra dünən zərərçəkmiş onlarla şəxsə cəmi 130 000 manat olmaqla təzminat ödəyiblər.
BUTA.TV xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.
Məlumata görə, onların barəsində məhkəmə baxışı keçirilib və məhkəmənin qərarı ilə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar.
İstintaq davam edir.
Xatırladaq ki, çox sayda şikayətlərə əsasən, Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova Cinayət məcəlləsinin 182.2.4 maddəsi ilə (dəfələrlə şantajla pul tələb etmə) məcburi gətirilmə qaydasında saxlanılmışdı.
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto
- Ravil Tağıyev vəzifəsindən azad edildi