Kolumbiya milli komandasının kapitanı Ceyms Rodrigezlə ölkə Prezidenti Qustavo Petro arasında yaşandığı iddia edilən “foto qalmaqalı” müzakirələrə səbəb olub.
“BUTA.TV” xəbər verir ki, Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən vida mərasimində prezidentin qızı Antonella Petro futbolçu ilə şəkil çəkdirmək istəyib, lakin Rodrigezin bu xahişi görməzdən gəldiyi irəli sürülüb.
Görüntülərin yayılmasından sonra Antonella Petro videomüraciətlə çıxış edərək, Rodrigezi tənqidlərdən müdafiə edib və onun uzun illərdir kumiri olduğunu bildirib.
Müzakirələrin böyüməsindən sonra Ceyms Rodrigez sosial mediada açıqlama yayaraq məsələyə aydınlıq gətirib və gələcəkdə görüşün baş tutacağını bildirib: “Antonella, bu şəkil tezliklə çəkiləcək. Mənim formam da sənindir. Dəstəyiniz üçün təşəkkür edirəm. İndi isə milli komanda üçün birləşmək vaxtıdır.”
Prezident Qustavo Petro da futbolçunun açıqlamasına müsbət reaksiya verərək ona təşəkkür edib.
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı