Azov dənizində dron hücumu nəticəsində zərər görən yük gəmilərindən birinin kapitanı Xaçmaz sakini 45 yaşlı Fuad Orucov olub.
“BUTA.TV” xəbər verir ki, onun ailə üzvləri danışıblar.
Məlumata görə, Fuad Orucov 20 ildən çox dənizçi fəaliyyəti ilə məşğul olub.
“Hadisə zamanı gəmidəki insanları xilas etsə də, özü həyatını itirdi. Dörd övladı evdə onun yolunu gözləyir”, - Mərhumun xanımı bildirib.
“Son danışığımızda dedim ki, bilirsən, bir az nasazam. Həyatın işini bilmək olmaz. Birdən gələn zənginə kimi çatmadım. Atayam. Ola bilər xətrinə dəymişəm, məni bağışla, bala”, - kapitanın atası əlavə edib.
Qeyd edək ki, iyunun 5-nə keçən gecə Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu edilib. Hadisə nəticəsində 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.
- Rusiya ilə diplomatik münasibətlər bərpa edilə bilməz
- Yerli xammaldan günəbaxan yağı istehsalı 4000 tona çatdırılır
- Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı
- Azərbaycanda bu institut bağlanır?
- Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
- Təcili yardıma 27 dəfə zəng etdi, açan olmadı - VİDEO
- Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto
- Bakıda usta evdən 10 min manatlıq qızıl oğurladı