Bu gün Bakıda ictimai nəqliyyatda insident baş verib.
“BUTA.TV” xəbər verir ki, hadisə Nəsimi rayoni Akademik Həsən Əliyev küçəsində baş verib.
Belə ki, 61 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edın “Otokar” markalı avtobusun dayanacaqdan kənar yerdə qarşısını kəsərək saxlatdıran xanım sərnişin əsəbi halda nəqliyyat vasitəsinə zərər vurub.
O, avtobusun şüşəsilənlərini qoparıb, həmçinin zərbələr endirərək nəqliyyat vasitəsinin ön şüşəsini sındırıb.
Xuliqanlıq əməli ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.
***
Əldə etdiyimiz məlumata görə, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
***
Əldə etdiyimiz məlumata görə, paytaxt ərazisində sərnişin avtobusuna hücum edən 50 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

- Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
- Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək
- Nə dilək tutmuşdu? - Tarixə düşən ad günü
- Başı stadionun dəmirləri arasında qaldı - Video
- “ABŞ-ni sevirik, amma ona tabe deyilik” - Saziş haqda danışdı
- Bəzi rayonlara intensiv yağış yağır
- Blogerin bacısı qəzada öldü - Foto
- Flora Kərimovanın vəziyyəti - Açıqlandı