Havaya görə Fransa - İraq matçı yarımçıq dayandırıldı - Fotolar

02:20 - 23 İyun 2026 - GÜNDƏM

 Havaya görə Fransa - İraq matçı yarımçıq dayandırıldı - Fotolar

2026-cı il Dünya Çempionatının I qrupunda Fransa ilə İraq arasında keçirilən oyun əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti dayandırılıb.

BUTA.TV” xəbər verir ki, FIFA ilk hissənin sonunda stadiona yaxın ərazidə ildırım aktivliyinin müşahidə edildiyini bildirərək, “sərt hava rejimi” elan edib və qarşılaşmanı dayandırıb.

Oyunda Fransa 1:0 hesabı ilə öndə idi. Komandanın yeganə qolunu 27 yaşlı hücumçu Kilian Mbappe vurub.

Bu qol Mbappenin turnirdəki üçüncü, DÇ tarixində isə 15-ci qolu olub. Bununla da fransalı ulduz DÇ tarixinin bombardirləri sırasında lider olan Lionel Messinin 18 qolluq rekorduna yaxınlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Fuad Nəcəfli haqda şok: Yeni vəzifə verilir?









Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol