“AzerTelecom” və “Telecom Armenia” şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
“BUTA.TV” xəbər verir ki, razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Bu kimi razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına yönəlib.
“AzerTelecom” haqqında “AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla internet trafikinin topdansatışı, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir. “AzerTelecom” Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan transkontinental “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsini həyata keçirir. “AzerTelecom” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.
İctimaiyyətlə əlaqələr şöbəsi: [email protected]
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab