Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçılar xarici dillər üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Bildirilib ki, namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər.
"Xarici dillər üzrə doktoranturaya qəbul imtahanı kağız daşıyıcılar vasitəsilə, doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı isə elektron formada keçiriləcək”.
Vurğulanıb ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmır.
Qeyd edək ki, iyunun 25-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab