Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.
Xidmətdən BUTA.TV-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Şahdağ, Gədəbəy, Göygöl, Gəncə, Samux, Naftalan, Şəmkir, Ağstafa, Balakən, Zaqatala, Şəki, Oğuz, Neftçalada 1 mm-dək qeydə alınıb.
İyunun 20-si saat 22:06 radələrində Qazax rayonunun bəzi kəndlərinə iri dənəli dolu düşüb.
Bakıda və Abşeron yarımadsında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 28 m/s-dək güclənir.
Xınalıq, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35-39, Culfada 40 dərəcəyədək, Aran rayonlarıda 38, dağlıq rayonlarda 29 dərəcəyədək isti müşahidə olunub.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı