İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.
“BUTA.TV” xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.
R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.
***
Yaxınlarının bildirdiyinə görə, T.Bəhrəmli hadisəni törətməkdə şübhəli bilinən şəxsin qızı ilə ailə həyatı qurmaq istəyib. Bu məqsədlə o, qızın evinə elçi də göndərib. Lakin tərəflər arasında razılıq baş tutmayıb. Daha sonra isə dava-dalaş düşüb və qızın atası 35 yaşlı Turala zərbələr endirib.
R.Məmmədovun hadisə vaxtı sərxoş vəziyyətdə olması qeyd edilib.
Araşdırmalar davam etdirilir.
Ziya Əmirxanlı
- Ölkə əhəmiyyətli memarlıq abidəsinə ziyan vuruldu – Foto
- “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
- Özünün və başqalarının həyatına təhlükə yaradan qadın... - Video
- Buzlar əridi... - Elvin əsas heyətə qayıtdı-Video
- Qızına elçi düşən şəxsi döyərək öldürdü
- AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- Yararsız döyüş sursatları məhv ediləcək - MN
- 18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı