Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılış mərasimində çıxışı zamanı deyib.
Nazir DİN-in əsas struktur qurumlarından olan Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin, müasir silah və texnika ilə təminatının, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını xüsusi qeyd edib.
Vilayət Eyvazov Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında əldə etdiyi yüksək nəticələrə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi vurğulayıb.
Nazir həmçinin Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama