Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin direktoru Mərkəz Hüseynovun büdcədən müəllimlərə ayrılmış külli miqdarda vəsaiti ələ keçirdiyi məlum olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71301 manat vəsaiti mənsimsədiyi müəyyən edilib.
M.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü (külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı) maddələri ilə iş açılıb.
Məlum olub ki, direktor işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayıb və onlara ödənilən pulları nağdlaşdıraraq özünə götürüb. Bundan sonra M.Hüseynov evdə təhsilə cəlb edilən müəllimlərə ödənilən vəsaiti də mənimsəyib.
Xəbəri rus dilində oxuyun: Директор школы получил условный срок за присвоение 71 000 AZN
İstintaq müddətində M.Hüseynov büdcəyə vurulmuş zərəri qismən ödəyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu qeyd edilən maddələr üzrə təqsirli bilib. İşdən çıxarılan direktora sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Aslan Vəliyev
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama
- Qarabağ Universitetinin plan yerləri açıqlandı - Tam siyahı
- 5 aydır bağçaya qəbul alıb, amma gedə bilmir - Rəsmi cavab