Təhlillər göstərir ki, böyük şəhərlər arasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri üstün mövqedədir.
BUTA.TV Trend-ə istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində bildirilib.
Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin 44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar arasında isə 41,91 faiz təşkil edib", - nəşrdə qeyd olunur.
Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur. Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına maliyyələşdirilən plan yerlərinə qəbul olub ki, bu da respublikanın digər böyük şəhərlərinin müvafiq göstəricilərindən yüksəkdir", - bu da jurnalda yer alan təhlillərdən aydın olur.
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq
- Bakının bu küçələri tam bağlanacaq
- Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı - Rəsmi açıqlama