Portuqaliyanın Madeyra adasında maraqlı hadisə yaşanıb.
“BUTA.TV” “The Sun” nəşrinə istinadən xəbər verir ki, 2 mindən çox Kriştiano Ronaldo fanatı Fünşal şəhərindəki kilsənin qarşısına toplaşıb.
Onlar məşhur futbolçu ilə sevgilisi Corcina Rodrigezin həmin kilsədə toyu keçiriləcəyini güman ediblər.
Lakin fanatların gözləntisi baş tutmayıb. Toy Portuqaliya vətəndaşları Fabio Ramos və Fatima Nicole Cunha Teixeira üçün keçirilib.
Maraqlıdır ki, gəlin kilsəyə “Rolls-Royce” markalı lüks avtomobillə gələn vaxt izdiham daha da artıb. Fanatlar onu Corcina zənn edərək gəlinin ətrafına toplaşıblar.
Kilsəsinin keşişi Ronaldo və Corcinanın burada toy üçün heç bir rezervasiya etmədiyini bildirib.

- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video
- Sumqayıtda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi - Video
- Sabahın hava proqnozu açıqlandı