Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə - Reaksiya

13:11 - 10 Avqust 2026 - SİYASƏT

 Rəsmi Tehrandan 3 ölkənin imzaladığı tarixi sazişə - Reaksiya

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən imzalanmış Məkkə sazişi region ölkələrinin təhlükəsizlik məsələlərində öz qüvvələrinə arxalanmaq qərarına gəldiklərini sübut edir.

BUTA.TV” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında çıxışı zamanı bildirib.

“Region ölkələri son 2-3 ilin hadisələrini nəzərə alaraq dərk ediblər ki, təhlükəsizlik yalançı vasitəçilərdən satın alına bilən mal deyil”, - iranlı diplomat deyib.

Bəqainin sözlərinə görə, İranın siyasəti əməkdaşlığın təşviq edilməsindən, xarici oyunçulara arxalanmadan öz təhlükəsizliyini təmin etmək üçün region ölkələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsindən ibarətdir.

Bu xəbər hal-hazırda çox oxunur
Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır

“Dərin dini, tarixi və mədəni əlaqələrimiz olan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış bu sazişin İrana qarşı yönəldiyinə dair narahatlıq üçün heç bir əsas yoxdur”, - o əlavə edib.

Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişi imzalanıb. Sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol