Kür çayının Samux rayonundan keçən hissəsində 17 yaşlı qız batıb.
BUTA.TV xəbər verir ki, hadisə çayın Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb.
Gəncə şəhərinin Məhsəti qəsəbə sakini olan yeniyetmə qızın tapılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda FHN əməkdaşları tərəfindən axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Araz çayının İmişli rayonundan keçən hissəsində də bədbəxt hadisə baş verib.
Bu gün günorta saatlarında çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində Elgün Həsənov adlı şəxs çayda çimərkən boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi