ABŞ Prezidenti Donald Tramp avqustun 8-də öz təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı İranla davam edən müharibə barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənib.
“BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı öz etibarlı mənbələrinə istinadən “AnewZ” yayıb.
ABŞ prezidentinin hazırkı təzyiq formasının davam etdiriləcəyi təqdirdə, İranın təslim olmaq ehtimalına dair sualına cavabında Prezident İlham Əliyev belə bir ssenarini mümkün hesab etmədiyini bildirib.
1980-1988-ci illərdə baş vermiş səkkizillik İran-İraq müharibəsi ilə tarixi paralel aparan dövlət başçısı vurğulayıb ki, həmin dövrdə də rəsmi Tehranın təslim olacağı proqnozlaşdırılsa da, münaqişə İran xalqını daha da sıx birləşdirdi.
İlham Əliyev bildirib ki, İranın təslim olacağını düşünmək real deyil və yeganə yol sülh və konstruktiv danışıqlardan keçir. O əlavə edib ki, Azərbaycan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıdır.
- Vəzifəli şəxslərin adından pul istəyirlər - Xaricdən idarə olunan şəbəkə
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır
- Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı