Bakının Babək prospektində sürücü “Chevrolet Cobalt” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb.
“BUTA.TV” xəbər verir ki, avtomobilin yolun ortasında park edildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik:
***
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılaraq hərəkətin fasiləsizliyi təmin edilib.
Polis əməkdaşları tərəfindən sürücü barəsində məsuliyyət tədbirləri görülüb və o saxlanılıb.
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi