Tovuzda yaşayış evi yandı: xəsarət alan var

17:45 - 9 Avqust 2026 - GÜNDƏM

 Tovuzda yaşayış evi yandı: xəsarət alan var

Tovuzda vətəndaşa məxsus, ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli yaşayış evində yanğın baş verib.

BUTA.TV xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb və yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdəki əşyalar çıxarılıb. Evdə olan azyaşlı və yeniyetmələr isə qonşuların köməyi ilə təhlükəsiz əraziyə çıxarılıb. Hadisə nəticəsində ev sahibi, 35 yaşlı Könül Həsənova tüstüdən zəhərlənib. O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Bu xəbər hal-hazırda çox oxunur
Bu, sülhün zəngidir

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol