Bakıda qadın ərini baltaladı

12:18 - 28 İyun 2026 - KRİMİNAL

 Bakıda qadın ərini baltaladı

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, hadisə Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.

Məlumata görə, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.

Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gecə hər ikisi meydana çıxacaq

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol