Yağış, dolu, duman, 32° isti - Sabahın havası

12:42 - 28 İyun 2026 - GÜNDƏM

 Yağış, dolu, duman, 32° isti - Sabahın havası

Azərbaycanda iyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “BUTA.TV”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gecə hər ikisi meydana çıxacaq

Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 55-65 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21°, bəzi yerlərdə 25-28° isti olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol