Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan idmançıları növbəti uğura imza atıblar.
“BUTA.TV” xəbər verir ki, yarışın növbəti günündə Azərbaycanın daha iki cüdoçusu fəxri kürsüyə qalxmağı bacarıb.
Turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan idmançılarımızdan Zelim Tçkayev bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib. Eyni çəkidə çıxış edən Olimpiya çempionumuz Hidayət Heydərov isə yarışı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, turnirin ilk günündə digər cüdoçumuz Əhməd Yusifov (60 kq) da komandamızın aktivinə bürünc medal yazdırmağı bacarmışdı.
Xatırladaq ki, H. Heydərov son illərdə çəki problemi səbəbindən bəzi turnirlərdən kənarda qaldığı üçün idman ictimaiyyəti tərəfindən tənqid olunurdu. Yeni çəki dərəcəsində bürünc medal qazanan cüdoçumuz tənqidlərə sosial şəbəkə hesabında cavab verib. O, fəxri kürsüdəki fotosunu “Bezdirmisiniz... Yenə kürsüdəyəm, sizi çox-çox sevirəm” qeydi ilə paylaşıb.
Bu gönderiyi Instagram'da gör
- Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı-Video
- Hidayət Heydərov tənqidlərə tatamidə cavab verdi - “Bezdirmisiniz”-Foto
- İkinci qəbul imtahanı asan olacaq? - Nuri
- Berlin 260 minlik ordu qurur - “Könüllülər bəs etmir, məcburi olacaq”
- 500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub - General
- Mayda çökən körpünün təmiri niyə ləngiyir? - Video
- Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
- Həbibbəylinin nadir əlyazmaya kobud davranışı... - Video