Pakistanın Lahor vilayətində yerləşən təhsil mərkəzlərindən birinin damı uçub.
“BUTA.TV” xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 14 uşaq həyatını itirib.
Rəsmi qurumlar qəza zamanı 19 uşağın yaralandığını, onlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.
Hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu və təcili tibbi yardım briqadası cəlb olunub.
Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisə ilə bağlı iki nəfər həbs edilib.
- Ən çox bu məhsullar saxtalaşdırılır - Siyahı
- 63 yaşlı ananın dərdi alıb canımızı...
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- “Vikinqlər” hesabı açır - Yenilənir
- “Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri
- Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir
- Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı
- Azərbaycanda bu nazir vəzifələri boşdur