Gələn il “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatı çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan yeni turizm bazarlarına çıxışı genişləndirmək istiqamətində işləri davam etdirir. Bu məqsədlə iki ay əvvəl Pekində nümayəndəlik açılıb. Gələn ilin may ayından isə “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək. Hazırda digər Çin aviaşirkətləri ilə də danışıqlar aparılır.
Florian Zenqştşmid bildirib ki, 2018-ci ilə qədər Hindistan Azərbaycana turist göndərən bazarlar sırasında demək olar ki, yox idi. Lakin ötən il bu ölkədən Azərbaycana gələn turistlərin sayı 256-260 min nəfərə çatıb.
O qeyd edib ki, geosiyasi gərginlik turizm sektoru üçün əsas risk amillərindən biri olaraq qalır. Çünki siyasi qeyri-sabitlik insanların ölkələr arasında hərəkətinə birbaşa təsir göstərir.
Baş icraçı direktor vurğulayıb ki, Dünya Bankının hesabatında müəyyən edilmiş prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanın turizm sektorunun yaxın illərdə daha sürətli inkişaf edəcəyinə inanır.
- MİQ imtahanının başlayacağı tarix açıqlandı
- Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib
- AQTA-nın cavabı güldürdü: Heyvan rifahı...
- MİQ imtahanlarının vaxtı açıqlandı
- Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satıldı
- Sabah 37 dərəcə isti olacaq
- Yeni Konstitusiyanın mətni ilin sonunadək dərc olunacaq - Paşinyan
- Türkiyədə naxçıvanlı sərnişini vəhşicəsinə döydülər - Video