Türkiyədə “Araz Turizm” avtobusunun sürücüsü naxçıvanlı sərnişini döyərək xəstəxanalıq edib. Zərbələr nəticəsində sərnişində beyin qanaması baş verib və o, xəstəxanaya yerləşdirilib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, hadisənin Kağızman şəhəri, İstanbul-İğdır marşrutu üzrə hərəkət edən avtobusda baş verdiyi bildirilib.
Sərnişinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, mübahisə avtobusun yolda əlavə sərnişin götürmək üçün tez-tez və uzun fasilələr verməsindən sonra yaranıb. Şahidlər sürücünün sərnişini avtobusdan zorla düşürərək döydüyünü bildirirlər.
Qeyd olunub ki, naxçıvanlı sərnişinlər belə hallarla tez-tez rastlaşdıqlarını, saatlarla yolda gözlədildiklərini və alçaldıldıqlarını deyirlər.
- AZAL 2026-cı ilin ilk yarısını müsbət nəticələrlə başa vurdu
- Tramp niyə Anıtqəbiri ziyarət etmədi? - Engin Özər
- FHN su basmış əraziləri belə təmizləyir - Vide
- Mağazalarda polietilen torba bahalaşdı?
- Sabiq sədr külli miqdarda mənimsəmədə ittiham olunur
- “Vətəndaş məmnunluğu Prezidentin müəyyənləşdirdiyi əsas vəzifələrdəndir”
- Bakıda bu “MakDonalds”da antisanitariya - Video
- MİQ imtahanının başlayacağı tarix açıqlandı