ABŞ Prezidenti Donald Trampın NATO Sammiti çərçivəsində Ankaraya səfəri zamanı Anıtqəbiri ziyarət etməməsi Türkiyədə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta bəzi müxalif partiya funksionerləri buna etiraz bildiriblər.
Sözügedən məsələ ilə bağlı türkiyəli politoloq Engin Özər BUTA.TV-a açıqlamasında deyib ki, burada yanlış anlaşılma var.
“Bildiyiniz kimi, bu, NATO-nun tədbiridir və Ankaraya gələn liderlər də NATO Sammitində iştirak üçün təşrif buyurmuşdular. Yəni xarici ölkə liderlərinin bu səfəri Türkiyəyə birbaşa dövlət səfəri deyil. Buna görə də Türkiyəyə səfər edən liderlərin heç birinin, o cümlədən Donald Trampın səfər proqramına Anıtqəbirin ziyarəti daxil edilməyib.
Buradan hansısa məna çıxarmağa çalışmaq doğru deyil. Əslində, hərra rəsmi dövlət səfəri zamanı bir dövlət başçısı Anıtqəbiri ziyarət etməyə vaxt çatdırmırsa, bunu da hörmətlə qarşılamaq lazımdır”, - o vurğulayıb.
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi keçmiş arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş
- 6 ayda 288 kriminal qrup zərərsizləşdirildi
- Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
- Prezident fərman imzaladı