“Uşaqların sosial mediadan qorunmasına dair parlament qanununu ən mütərəqqi hadisə kimi qiymətləndiririk. 94% valideyn eyni mövqeyi bölüşürdü”.
“BUTA.TV” xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda bu gün təşkil etdiyi ictimai müzakirədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Bu, xalqdan gələn çağırış idi, əslində xalqın qəbul etdiyi qanun idi. Amma arzulayıram ki, o uşaqlar o qanunun qəbulu zamanı bizi izləməsinlər. Çünki birdən belə ictimai dinləmələrə baxsalar, görəcəklər ki, salonda 52 nəfər var, mən saydım və onun 80%-nin gözləri telefonda idi. Böyüklərinin özünü də rəqəmsal sistemlərdən qorumaya dair qanunlara ciddi ehtiyacımız var”, - komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
- Ruslan Abdullayev müşavir təyin olundu - Foto
- Bakıda təmir gedən yollar açıqlandı
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!
- Bağlı qalmış daha 218 cinayət işi açılıb - DİN
- Bakıda kişi arvadını küçədə güllələyib öldürdü
- Gürcüstanı Azərbaycanla birləşdirən yeni yol çəkiləcək
- Yıxılaraq dünyasını dəyişən şəxs görkəmli alim imiş