Xəbər verdiyimiz kimi, İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xamenei Məşhəddə dəfn olunub.
“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, küçələrdəki izdihama görə avtomobil nəqliyyatından istifadə etmək mümkün olmadığından Xameneinin cənazəsi İmam Rza məqbərəsinə helikopterlə çatdırılıb.
Məqbərədə baş tutan cənazə namazında imamlığı onun böyük oğlu Mustafa Xamenei edib. İranın yeni Ali Lideri Müctəba Xamenei isə mərasimdə görünməyib.
Matəm tədbirləri İranın Tehran və Qum şəhərlərində, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilib. İran mətbuatı matəm tədbirlərinə 40 milyondan çox insanın qatıldığını açıqlayıb.
Xatırladaq ki, 86 yaşlı Əli Xamenei 1989-cu ildən 2026-cı ilədək İranın Ali Lideri olub. O, bu il fevralın 28-də Tehrana aviazərbələr nəticəsində ailə üzvləri ilə birlikdə həlak olub.
Mərhum Ali Liderin dəfn mərasimindən fotoları təqdim edirik:















- Bu məhsullar gömrük rüsumundan azad edilir
- Sürücü dolu avtobusu qoyub skamyada siqaret çəkdi - Video
- Qumar oyunları ilə bağlı cəzalar sərtləşdirilir
- Qaradağda yeni avtomobil körpüləri tikilir
- Təhsil TV-yə yeni direktor təyin edildi - Foto
- “Bolt” sürücüləri sərnişinlərdən artıq ödəniş tələb edir
- Mülki PUA-lara nəzarət olacaq
- Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar rüsüm...